“Sevinirəm ki, futbola Orxan Məmmədov kimi xidmət edən, can yandıran şəxs var”

7 Mart 2022 13:00 Zirə 1 439
“Sevinirəm ki, futbola Orxan Məmmədov kimi xidmət edən, can yandıran şəxs var”

“Açığı, karyeramı “Qarabağ”da bitirəndən sonra futboldan bir qədər uzaqlaşmaq istəyirdim.

Hazırlaşırdım ki, heç olmasa, 1-2 il istirahət edim”.

Bu sözləri “Sportinfo TV”yə açıqlamasında “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov söyləyib.

2020-ci ilin yayında qəsəbə klubunun sükanı arxasına keçən mütəxəssis bu addımı fəxri president Orxan Məmmədovun istəyı ilə atdığını bildirib:

“Bizim onunla yaxşı münasibətimiz var. Bir-birimizi çoxdan tanıyırıq. Orxan müəllim futbolu sevən və ona yaxından bələd olan insandır.

Mən sevinirəm ki, Azərbaycan futboluna xidmət edən, can yandıran, onun inkişafına çalışan belə şəxs var.

Yadımdadır, “Qarabağ”da karyeramı bitirəndən az keçmiş Orxan müəllim əlaqə saxladı və biz görüşdük.

Təqribən 1 saatdan artıq söhbətimiz oldu və “Zirə”nin baş məşqçisi postuna gəlməyə razılıq verdim. Əlbəttə, Orxan müəllimin klubu daha da inkişaf etdirmək istəyi var.

Gündəlik fəaliyyətimizlə maraqlanırıq. Tez-tez həm onunla, həm də prezident Taleh Nısibovla görüşürük, ümumi işimizi müzakirə edirik”.

Digər Xəbərlər
Xəbər Lenti