"O, meydana çıxmaq üçün nə edib? Əla oğlandır, vəssalam!"

16 Sentyabr 2021 18:20 İngiltərə 814
"O, meydana çıxmaq üçün nə edib? Əla oğlandır, vəssalam!"

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasında “Milan”la keçirilən oyundan sonra fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, Klopp möhtəşəm qarşılaşma izlədiklərini deyib.

O, bəzi məqamlarda oyuna nəzarəti əldən verdiklərini də vurğulayıb: “Bəli, məhz bunu gözləyirdim. Çox möhtəşəm mübarizənin olduğu qarşılaşma izlədik.

Düzdür, bəzi məqamlarda oyuna nəzarəti əldən verdik. Ola bilsin ki, hər hansı başqa bir qarşılaşmada rəqibin qısa zamanda vurduğu 2 qol oyunun taleyini həll edərdi. Amma bu qarşılaşmada yox.

Oriqi qarşılaşmaya start heyətində çıxmaq üçün nə edib? Xüsusi heç nə. O, əla oğlandır, vəssalam. 10 ildən sonra onu “Liverpul”un əfsanəsi hesab edəcəklər”.

“Liverpul” qrup mərhələsinin ilk turunda “Milan”a qalib gəlib – 3:2.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!