Premyer Liqa klubu 40 milyon avroluq transferə hazırlaşır

7 İyun 2021 10:20 İngiltərə 1 190
Premyer Liqa klubu 40 milyon avroluq transferə hazırlaşır

"Aston Villa” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Norviç”dən Emiliano Buendianı transfer etməyə yaxındır.

Bu barədə “Sky Sports” telekanalı məlumat yayıb.

“Aston Villa” 24 yaşlı yarımmüdafiəçinin keçidi üçün “Norviç”lə razılaşıb. Birmingem təmsilçisi argentinalı futbolçu üçün bonuslarla birlikdə 40 milyon avro ödəyəcək.

Buendia son mövsümdə “Norviç”lə Çempionşipdə 39 oyunda 15 qol, 16 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçi komandasının Premyer Liqaya yüksəlməsində böyük pay sahibi olub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!