“Onun bu oyunun qəhrəmanı olacağını hiss edirdim”

16 Fevral 2021 00:28 İngiltərə 441
“Onun bu oyunun qəhrəmanı olacağını hiss edirdim”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasında “Lids”i məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, BBC-yə danışan ispan mütəxəssis, 4:2 hesabıyla bitən görüşü belə şərh edib:

“Həqiqətən, qələbə qazandığımız üçün çox xoşbəxtəm. “Lids”i çox izləmişəm və onlara qarşı oynamağın necə çətin olduğunu bilirəm.

“Lids” fantastik komandadır və güclü xarakterləri var. Bunu hesab 4:0 olanda da göstərdilər və bütün güclərini qoyub sona qədər döyüşdülər.

Bacardığımın ən yaxşısını etməyə çalışıram. Fasilədə komandama hesabın 0:0 olduğunu dedim. Pyer-Emerik Obameyanqın qolları üçün darıxmışdıq. Onun bu oyunun qəhrəmanı olacağını hiss edirdim”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!