Ermənilər yol çəkmək istədi, Ordumuz ƏMƏLİYYAT keçirdi

2 İyun 2023 16:10 Hadisə 507
Ermənilər yol çəkmək istədi, Ordumuz ƏMƏLİYYAT keçirdi

İyunun 1-i saat 09:10-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Əsrik Cırdaxan yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə MN məlumat yayıb. Saat 10:00 radələrində isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri atəşə tutulub.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında mühəndis texnikası cəlb etməklə Şuşa və Xocavənd rayonları istiqamətində döyüş mövqelərinə təminat yolunun çəkilməsi məqsədilə torpaq yolda genişləndirmə və təmir-bərpa işləri görməyə cəhd ediblər.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb. Qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında mühəndis texnikası cəlb etməklə Şuşa və Xocavənd rayonları istiqamətində döyüş mövqelərinə təminat yolunun çəkilməsi məqsədilə torpaq yolda genişləndirmə və təmir-bərpa işləri görməyə cəhd ediblər.

Qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb. Qarabağda separatçıların “başçısı” Araik Arutyuntan Xocalıda Azərbaycan polisinə təhvil veriləcək.

Bu barədə erməni şərhçi Edik Andreasyan “Hraparak” nəşrində qələmə aldığı “Araiki təslim edin, rahat yaşayın” adlı məqaləsində yazır.
Erməni şərhçi qeyd edir ki, Paşinyanın Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıması, Əliyevin “təslim olun, amnistiya imkanından yararlanın” çağırışı etməsi, hadisələrin inkişafını təsəvvür etməyə imkan verir.

“Əliyevin bütün açıqlamalarına ciddi yanaşmaq lazımdır, çünki adətən dedikləri gerçəkləşir. Arutyunyan bir-iki cür isti corab, paltar hazırlasa, yaxşı olar.

Yəqin ki, onun təhvil-təslim prosesi Əsgəranda (Xocalıda) keçiriləcək və bu prosesdə rus sülhməramlıları da iştirak edəcək. Araik Azərbaycan Daxili İşlər Nazirliyinin mikroavtobusuna əyləşəndə Əliyevlə Paşinyan sülh sazişi imzalayacaq.

Əliyev böyük amnistiya elan edəcək və Qarabağdakı erməni əhalisi öz gündəlik həyatlarını yaşayacaqlar. Arutyunyanı bağışlamaq, yaxud bağışlamamaq qərarını Bakıda verəcəklər, bəlkə də bağışlayacaqlar”, - erməni şərhçi belə bir planın olduğunu və hadisələrin bu cür inkişaf edəcəyini hesab edir.

Lakin onun fkrincə, Araikin təhvil-təslim prosesi danışıqların növbəti raundunda olmayacaq: “Əvvəlcə bu haqda danışılacaq, təbliğat aparılacaq, daha sonra edəcəklər”.

Prezident İlham Əliyevin separatçılara təslim olmaq qarşılığında amnistiya təklifi ABŞ tərəfindən də dəstəklənib.

Digər Xəbərlər
Xəbər Lenti