Qarabağdan Ermənistana qanunsuz silah daşıyan şəxslər - HÖKM OXUNDU

27 May 2023 03:50 Hadisə 619
Qarabağdan Ermənistana qanunsuz silah daşıyan şəxslər - HÖKM OXUNDU

Ermənistan Apellyasiya Məhkəməsi Qarabağda 44 günlük müharibə zamanı onlarla atıcı silah və sursatın qanunsuz əldə edilməsi və saxlanmasında təqsirli bilinən 3 nəfərin cəzasını dəyişib.

Bunun üçün məhkəmə Baş Prokurorluğun vəsatətini qismən təmin edib, birinci instansiya məhkəməsinin qərarını qismən ləğv edib.

Cinayət işinin materiallarına görə, müharibə illərində Cəbrayıl rayonu ərazisində döyüş bölgəsinə gedən A.B. adlı şəxs Ermənistana daşınması və sonradan satılması üçün 45 “Kalaşnikov” avtomatı, 2 mindən çox patron əldə edib.

Bu işdə ona S.Q və S.B adlı dostları yardımçı olub.

Məhkəmənin hökmü ilə A.B adlı vətəndaş beş il müddətinə dövlət vəzifəsi tutma hüququndan məhrum edilib və üç il müddətinə azadlıqdan məhrum edilib. S.Q 1 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, S.B isə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Prokurorluq hökmlərdən apellyasiya şikayəti verib, nəticədə onların cəzaları bir qədər sərtləşdirilib.

Digər Xəbərlər
Xəbər Lenti