"İki erməni saxlanılıb" - DSX sərhəddəki təxribatla bağlı məlumat yaydı

27 May 2023 07:00 Hadisə 452
"İki erməni saxlanılıb" - DSX sərhəddəki təxribatla bağlı məlumat yaydı

Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycanın dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınıb.

Bu barədə Dövlət Sərhədi Xidməti məlumat yayıb.

Məlumata görə, sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçuların sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülüb və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılıb.

Diversiya qrupunun digər üzvləri ərazinin mürəkkəb relyefə malik olmasından istifadə edərək geri qaçıb.

Əməliyyat şəraiti nəzarətdə saxlanılır.

Digər Xəbərlər
Xəbər Lenti