Azərbaycanlı hücumçu məhsuldar pas verdi, "sarı" aldı, qol vurdu, VAR saymadı, əvəzləndi

27 May 2023 01:50 Hadisə 405
Azərbaycanlı hücumçu məhsuldar pas verdi, "sarı" aldı, qol vurdu, VAR saymadı, əvəzləndi

İsveçrə Superliqasında 35-ci turun matçları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Qrasshopper" doğma meydanda "Sankt-Qallen"lə bərabərə qalıb (2:2).

Meydana start heyətində çıxan Renat Dadaşov görüşün 3-cü dəqiqəsində məhsuldar ötürmə edib. 30-cu dəqiqədə sarı vərəqə ilə cəzalandırılan millimizin forvardı bir dəqiqə sonra qol vurub.

Amma VAR həmin qolu ləğv edib. Forvard 93-cü dəqiqədə komanda yoldaşı ilə əvəzlənib. “Qrasshopper" 44 xalla altıncı yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”