COP29

Bu gün Azərbaycanda daha 555 yoluxma - 8 nəfər öldü

9 Yanvar 2022 16:50 Gündəm 475
Bu gün Azərbaycanda daha 555 yoluxma - 8 nəfər öldü

Azərbaycanda ötən sutkada koronavirus (COVID-19) infeksiyasına 555 yeni yoluxma faktı qeydə alınıb, 503 nəfər müalicə olunaraq sağalıb.

Sportinfo.az xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 621 234 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 605 561 nəfər müalicə olunaraq sağalıb, 8 445 nəfər vəfat edib. 7 228 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 395, bu günə qədər isə ümumilikdə 5 943 023 test icra olunub.

Digər Xəbərlər
Xəbər Lenti
10 May 11:00 Bunu bizimlə BACAR!