COP29

Ağsu aşırımı buzlayıb, hərəkət dayanıb

24 Fevral 2021 11:55 Gündəm 752
Ağsu aşırımı buzlayıb, hərəkət dayanıb

Sportinfo.az xəbər verir ki, ölkədə yağan güclü qar nəticəsində yolların buzlaşmasına görə Ağsu aşırımında hərəkət dayanıb.

Baş Dövlət Yol Polisi İdarəsinin sözçüsü, polis mayoru Namidan Piriyev bildirib ki, kəskin hava şəraitinə görə həmin yol buzlaşıb və sürücülər bu yola daxil ola bilmir:

“Aşırıma giriş qadağan edilməyib, lakin istifadə etmək mümkün olmadığı üçün yolda hərəkət yoxdur. Həmçinin, Bakı-Quba-Rusiya yolunun 130-cu kilometrliyindən başlayaraq Gəncob-Yalama yolu 204-cü kilometrədək yol buzlaşıb”.

BDYPİ sürücülərə müraciət edərək Ağsu aşırımından istifadə etməməyi tövsiyə edib, digər yollarda isə mümkün qədər diqqətli olmağa çağırıb.

Digər Xəbərlər
Xəbər Lenti
10 May 11:00 Bunu bizimlə BACAR!