"Onunla yeni müqavilə imzalansa, bu, Azərbaycan futboluna ən böyük hörmətsizlik olacaq"

21 Noyabr 2023 11:40 Milli komanda 2 295
"Onunla yeni müqavilə imzalansa, bu, Azərbaycan futboluna ən böyük hörmətsizlik olacaq"

«Onunla yeni müqavilə imzalansa, bu, Azərbaycan futboluna ən böyük hörmətsizlik olacaq».

Bu fikirlər Sportinfo.az-ın təsisçisi İlkin Vaqifoğluna məxsusdur.

ATV kanalında yayımlanan «Futbolumuz» verlişinin qonağı olan müsahib Canni De Byazinin millinin baş məşqçi postundan uzaqlaşdırılmasının vacibliyini dilə gətirib.

O, AFFA İcraiyyə Komitəsinin italiyalı çalışdırıcı ilə bağlı yanlış qərar vermək haqqının olmadığını bildirib:

«De Byazi Azərbaycandan çoxdan yola salınmalı idi. Onun burada işi qalmayıb.

Baş məşqçi olaraq ona tapşırılan işin öhdəsindən gəlməyib. De Byazinin məsələsinə dekabrda baxılacaq.

AFFA İcraiyyə Komitəsi gələn ay keçiriləcək iclasında De Byazi ilə əməkdaşlığa son qoymalıdır.

2020-ci ildən Azərbaycanın çörəyini yesə də, o, bu ölkənin futboluna, futbolçusuna hörmət etmir, hamıya yuxarıdan-aşağı baxır. İtaliyalı son açıqlamaları ilə bunu bir daha göstərdi».

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"