2 milyonluq tələb "Neftçi"nin "TRANSFER BOMBA"sını partlatmasına əngəl oldu

16 Sentyabr 2023 13:00 Neftçi 6 676
2 milyonluq tələb "Neftçi"nin "TRANSFER BOMBA"sını partlatmasına əngəl oldu

Bugünlərdə "Neftçi"nin maraq dairəsinə düşmüş xorvatiyalı Marko Duqandziç "Əl-Tai"a (Səudiyyə Ərəbistanı) transfer olunub.

Rumıniya mətbuatı bunadək "Rapid-1923"də oynamış 29 yaşlı mərkəz hücumçusunu Azərbaycan klubunun almaq istədiyini yazıb.

"Neftçi"nin hazırkı baş məşqçisi Adrian Mutu Bakıya gələnə qədər məhz "Rapid-1923"ü çalışdırıb.

Marko Duqandziç jurnalistlərə müsahibəsində "Neftçi"nin onunla maraqlandığını təsdiqləsə də, onlardan konkret təklif almadığını da deyib.

"Neftçi" konkret təklif irəli sürmədi. Bilmirəm, problem nədə idi. "Əl-Tai" isə daha tez tərpəndi.

Bu kluba keçdiyimə görə çox xoşbəxtəm. Mən Səaudiyyə Ərəbistanı liqasının bombardiri olmağa hazıram" - deyə o qeyd edib.

“Neftçi” xorvatdan niyə əlini tez üzüb? Axı Mutu onun Azərbaycanda çıxış etməsini çox istəyirdi, klub rəhbərliyi ilə söhbətdə daim onun adını çəkir, transferində israr göstərirdi.

Əlbəttə, bakılıların balkanlı forvarddan gözünü tez çəkməsinin səbəbi var və bu, sırf maliyyə ilə bağlıdır.

"Rapid" Duqandziçin keçidi üçün 1,5 milyon avro təzminat istəyib. Səbəbkarın özü isə illik yarım milyon avro əməkhaqqı tələb edib.

«Neftçi» ümumi məbləğin iki dəfə aşağı salınması təklifi irəli sürüb, Buxarest təmsilçisi güzəştə getməyib. Belədə "Əl-Tai" iddiasını ortaya qoyub. Ərəblər 1,5 milyon avro ödəyərək, transferi həyata keçirib.

Xorvatiyanın U-21 yığmasının sabiq forvardı “Osiyek”, “Ternana”, “Osiyek”, “Botoşani”, “Soçi”, “ÇFR Kluj” komandalarında oynayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti