“Belçikaya təslim olmaq fikrimiz yoxdur” - Canni De Byazi

6 Sentyabr 2023 12:40 Milli komanda 1 152
“Belçikaya təslim olmaq fikrimiz yoxdur” - Canni De Byazi

“Belçikaya təslim olmaq fikrimiz yoxdur”.

Sportinfo.az-ın “voetbalgokken.nl” saytına istinadən məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AVRO-2024-ün seçmə mərhələsində Belçikaya qarşı keçiriləcək oyunla bağlı danışarkən deyib.

İtaliyalı mütəxəssis rəqibin heyətində ulduz futbolçuların cəmləşdiyini söyləyib:

“Belçikalılarla oyun çox çətin olacaq. Rəqib böyük ulduzlara malik komandadır və FİFA reytinqində yuxarı pillələrdədir.

Onların tanınmış klublarda çıxış edən futbolçuları var. Bizim oyunçuların çoxu isə daxili çempionatda mübarizə aparırlar.

Ancaq yenə də öz oyunumuzu sərgiləyəcək və hədəflərimizə çatmaq üçün əlimizdən gələni edəcəyik”.

Azərbaycan – Belçika oyunu sentyabrın 9-da “Dalğa Arena”da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!