Xankəndidən Bərdəyə köçürülüb - BQXK-nın ofisi

9 Aprel 15:30 Dünya futbolu 470
Xankəndidən Bərdəyə köçürülüb - BQXK-nın ofisi

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Xankəndidəki ofisi bağlanıb.

Bu barədə məlumatı BQXK-nın Ermənistandakı kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni ölkənin İctimai televiziyasına açıqlayıb.

Amatuni, həmçinin vurğulayıb ki, Bərdədəki ofis Bakıdakı ofislə bərabər uzun illər fəaliyyət göstərib.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyi qurumun Xankəndi ofisinin Bərdəyə köçürüldüyünü təsdiqləyib.

“Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Qarabağ bölgəsində fəaliyyətini yenidən qurur.

BQXK-nın həmin ərazilərdə olan fəaliyyətləri Bərdə ofisindən həyata keçiriləcək. Ehtiyacı olan insanlara dəstək yönlü işlərimiz davam etdiriləcək”,- BQXK-dan saytımıza bildirilib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU