DƏHŞƏTLİ OLAY! Təpiklə üzünə zərbə vurdular - VİDEO

17 Fevral 2020 13:38 DÇ-2018 654
DƏHŞƏTLİ OLAY! Təpiklə üzünə zərbə vurdular - VİDEO

Buxarest "Dinamo"sunun futbolçusu Slavko Peroviç Rumıniya çempionatında XXV turun "Styaua" ilə oyunu zamanı sifətindən güclü zərbə alıb.

Sportinfo.az xəbər verir ki, 31 yaşlı hücumçuya zərbəni rəqib müdafiəçi Yulian Krıstya endirib.

Bu səbəbdən, Krıstya qırmızı vərəqə alıb. Huşunu itirən Peroviç isə dərhal xəstəxanaya çatdırılıb.

"Dinamo"nun həkimi təcrübəli forvardın durumuna yaxın iki gün ərzində aydınlıq gələcəyini bildirib: "Belə zədələr boks və ya MMA görüşləri üçün xarakterikdir".

2:1 hesabı ilə qalib gələn "Dinamo" xalını 34-ə çatdırıb və 8-ci pilləyə qalxıb. Lakin klub medallar və avrokuboklara vəsiqə uğrunda mübarizənin getdiyi ilk "6-lıq"dan 6 xal geri qalır. "Styaua" isə 43 xalla 3-cüdür.

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"