Emenike "Fənərbağça"nı yenə "Spartak"a dəyişməyə hazırlaşır

25 Dekabr 2016 16:48 DÇ-2018 1 386
Emenike "Fənərbağça"nı yenə "Spartak"a dəyişməyə hazırlaşır

Nigeriya millisinin sabiq üzvü Emanuel Emenike "Fənərbağça"nı tərk etməyə hazırlaşır. Sportinfo.az xəbər verir ki, 29 yaşlı futbolçu karyerasını yenidən Rusiyada davam etdirəcək. Hücumçunun sabiq klubu "Spartak"la (Moskva) anlaşacağı gözlənilir.

Bu barədə məlumatı futbolçunun meneceri Ərdəm Konyar Rusiya mətbuatına açıqlamasında verib. O bildirib ki, futbolçu Rusiyaya gedəcək və Moskva klubunun rəsmiləri ilə görüşəcək. Emenikenin mövsümün sonuna qədər icarəyə götürüləcəyi iddia edilir. Emenike 2013-cü ildə "Spartak"dan İstanbul klubuna transfer olunub.

Xəbər Lenti