Mourinyodan tarixi göstərici

27 Noyabr 2019 14:58 Çempionlar Liqası 908
Mourinyodan tarixi göstərici

"Tottenhem" Çempionlar Liqasının beşinci turu çərçivəsində "Olimpiakos"a 4:2 hesabı ilə qalib gələrək pley-off mərhələsinə vəsiqəni təmin edib.

Sportinfo.az xəbər verir ki, London klubunun qrupdan çıxması baş məşqçi Joze Mourinyo üçün də əlamətdar olub. Portuqaliyalı mütəxəssis Çempionlar Liqasında altı fərqli klubla qrupdan çıxan ilk məşqçi kimi tarixə düşüb.

O, "Tottenhem"dən əvvəl "Portu", "İnter", "Real", "Çelsi" və "Mançester Yunayted"i də qrupdan çıxara bilmişdi.

Digər Xəbərlər
Xəbər Lenti