UEFA "Ayaks"ı cəzalandırdı

18 Oktyabr 2019 13:21 Çempionlar Liqası 544
UEFA "Ayaks"ı cəzalandırdı

"Ayaks" azarkeşləri komandalarını noyabrın 5-də "Çelsi" ilə Çempionlar Liqasının səfər oyununda dəstəkləyə bilməyəcəklər.

Sportinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Amsterdam klubu fanatlarının "Valensiya" ilə səfər matçındakı (3:0) davranışına görə cəzalanıb.

Hollandiya klubu həm də 50 min avro cərimə ödəməli olacaq. Bundan başqa, "Mestalya"da 6 futbolçu sarı vərəqə aldığı üçün "Ayaks" daha 18 min avro cərimə verməlidir.

"Ayaks" hazırda apellyasiya müraciəti üçün məsələni araşdırır.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"