“Barselona" 1 xal aldı, "Çelsi" və “Liverpul” uduzdu - ÇL-də ilk gün

18 Sentyabr 2019 00:56 Çempionlar Liqası 533
“Barselona" 1 xal aldı, "Çelsi" və “Liverpul” uduzdu - ÇL-də ilk gün

Çempionlar Liqasında qrup mərhələsinə start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarında 8 qarşılaşma baş tutub.

Günün əsas diqqətçəkən qarşılaşmalarından biri "Napoli" ilə "Liverpul" arasında keçirilib. ÇL-in sonuncu qalibi Neapoldan məğlubiyyətlə qayıdıb.

Dortmund "Borussiya"sı ilə "Barselona" arasındakı oyuna da böyük maraq vardı. Amma günün yeganə qolsuz bitən qarşılaşmasında tərəflər hərəyə 1 xalla kifayətləniblər.

“Çelsi" isə öz meydanında "Valensiya" ilə münasibətlərinə aydınlıq gətirib. London klubu minimal hesabla məğlub olub. "İnter" də doğma meydanda "Slaviya"ya məğlubiyyətdən son anda qurtulub.


F qrupu

"İnter" (İtaliya) - "Slaviya" (Çexiya) 1:1
Qol: Barelya, 90+2 - Olayinka, 64.
Baş hakim: Ruddi Buke (Fransa)

"Borussiya" (Dortmund, Almaniya) - "Barselona" (İspaniya) 0:0
Baş hakim: Ovidiu Alin Hateqan (Rumıniya)

G qrupu

"Lion" (Fransa) - "Zenit" (Rusiya) 1:1
Qol: Depay, 50-pen - S.Azmun, 41.
Baş hakim: Maykl Oliver (İngiltərə)

"Benfika" (Portuqaliya) - "Leypsiq" (Almaniya) 1:2
Qol: Seferoviç, 84 – Verner, 69; 79.
Baş hakim: Anastasios Sidiropulos (Yunanıstan)

E qrupu

"Zalsburq" (Avstriya) - "Genk" (Belçika) 6:2
Qol: Haland, 2; 34; 45. Çan, 36. Soboslai, 45+2. Ulmer, 62 – Lukumi, 40. Samata, 52.
Baş hakim: Feliks Zvayer (Almaniya)

"Napoli" (İtaliya) - "Liverpul" (İngiltərə) 2:0
Qol: Mertens, 82. Lyorente, 90+2.
Baş hakim: Feliks Brix (Almaniya)

H qrupu

"Ayaks" (Hollandiya) - "Lill" (Fransa) 3:0
Qol: Promes, 18. Alvares, 50. Talyafiko, 62.
Baş hakim: Srdan Yovanoviç (Serbiya)

"Çelsi" (İngiltərə) - "Valensiya" (İspaniya) 0:1
Qol: Rodriqo, 74.
Baş hakim: Cüneyt Çakır (Türkiyə)

Digər Xəbərlər
Xəbər Lenti