Mahir bu gün “Dinamo”nu ÇL-in qrup mərhələsinə daşıyacaq?

24 Avqust 2022 12:00 Çempionlar Liqası 649
Mahir bu gün “Dinamo”nu ÇL-in qrup mərhələsinə daşıyacaq?

Bu gün Çempionlar Liqasında pley-off görüşlərinə yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, ikinci oyun günündə keçiriləcək 3 cavab qarşılaşması ilə qrup mərhələsinin bütün iştirakçıları bəlli olacaq.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" (Zaqreb) Xorvatiyada Norveçin "Budö Qlimt" komandasını sınağa çəkəcək. Zaqreb təmsilçisi ilk matçda 0:1 hesabı ilə uduzub.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Trabzonspor" da cavab oyununu evdə keçirəcək. Qara dəniz təmsilçisi Danimarkada 1:2 hesabı ilə məğlub olduğu "Kopenhagen"i qəbul edəcək.

PSV isə Niderlanda Şotlandiya "Reyncers"i ilə münasibətlərinə aydınlıq gətirəcək. Qlazqodakı ilk görüşdə heç-heçə qeydə alınıb - 2:2.

24 avqust

23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Budö Qlimt" (Norveç)

İlk oyun - 0:1

23:00. "Trabzonspor" (Türkiyə) - "Kopenhagen" (Danimarka)

İlk oyun - 1:2

23:00. PSV (Niderland) - "Reyncers" (Şotlandiya)

İlk oyun - 2:2

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"