“Neftçi”nin rəqibi “Beşiktaş”ın futbolçusu ilə danışıq aparır

17 İyul 2021 00:00 Çempionlar Liqası 714
“Neftçi”nin rəqibi “Beşiktaş”ın futbolçusu ilə danışıq aparır

“Neftçi”nin Çempionlar Liqasının 2-ci mərhələsindəki rəqibi “Olimpiakos” (Yunanıstan) heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.

Sportinfo.az xəbər verir ki, Pirey təmsilçisi “Beşiktaş”dan Jorj-Kevin Nkudunu heyətinə qatmaq istəyir.

Bu barədə Yunanıstan mətbuatı məlumat yayıb. Xəbərdə 26 yaşlı vingerin “Olimpiakos”la danışıqlar apardığı bildirilib.

Nkudu ötən mövsüm “Beşiktaş”la 38 oyunda 8 qol vurub, 5 məhsuldar ötürmə edib.

“Neftçi” “Olimpiakos”la iyulun 21-də səfərdə, iyulun 28-də isə Bakıda qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!