Azərbaycanda 4 komanda texniki məğlubiyyət aldı

8 Mart 00:40 Azərbaycan Futbolu 468
Azərbaycanda 4 komanda texniki məğlubiyyət aldı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda qurumun bayrağı altında keçirilən yarışlarla bağlı aşağıdakı qərarlar açıqlanıb:

Region Liqasının “Qobustan” – “Lənkəran” oyununda “Qobustan”ın baş məşqçisi Elburus Baxşəliyevin cəzalı olmasına baxmayaraq, tribunadan düşərək hakimin qərarına etiraz etdiyi üçün qırmızı vərəqə ilə cəzalandığına görə cəzasının üzərinə 2 oyun əlavə edilib.

Region Liqasının “Balakən” – “Bərdə” oyunu bitdikdən sonra “Balakən”in futbolçusu Ramil Məmmədov hakimlər briqadasını təhqir etdiyinə görə qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılıb.

U-17 Liqasınınn “Neftçi” – “Səbail” oyununda “Səbail”in futbolçusu Fariz Hüseynov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılıb. “Neftçi”nin futbolçusu Sadiq Məmmədli də qarşıdurma zamanı rəqibi təpiklə və yumruqla vurduğuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılıb. “Neftçi”nin futbolçusu Həsən Mahmudov rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalandırılıb. “Səbail”in futbolçusu Elmar Baxşızadə qarşıdurma zamanı rəqibi təpiklə və yumruqla vurduğuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılıb. “Səbail”in futbolçusu Kərim Orucov qol vurulan zaman rəqib texniki zona önündə qeyri-etik jest etdiyinə görə, həmçinin qarşıdurma zamanı rəqibi təpiklə və yumruqla vurduğuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılıb.

U-17 Liqasının “Universal Football Academy” – “Turan Tovuz” FK oyununda “Universal Football Academy” komandasının futbolçusu Cavid Fərəcov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılıb.

U-14 Liqasının “Qarabağ” FK – “Neftçi” PFK oyununda “Neftçi”nin azarkeşləri oyun zamanı hakimləri təhqir edilib. Buna görə “Neftçi”yə xəbərdalıq edilib.

U-14 Liqasında keçirilən “Çıraqqala” - İOEUGİM oyununda İOEUGİM komandasının heyətində 18 nömrəli futbolçusu Ömər Əhmədlinin qarşılaşmanın 59-cu dəqiqəsində aqressiv davranışa (rəqibi yumruqla vurduğuna) görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılsın (maddə 40.3);

U-11 Liqasının “Aran” (Şirvan) - “Hacıqabul-Şərq” oyunu “Hacıqabul-Şərq” komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün “Hacıqabul-Şərq” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-10 Liqasının “Şahdağ” (Qusar) – “Metak” FK oyunu “Şahdağ”ın heyətində yetərsay olmadığı üçün baş tutmadığına görə “Şahdağ” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-10 Liqasının “Universal” FA – “Modern” FC oyunu “Modern”in heyətində yetərsay olmadığı üçün baş tutmadığına görə “Modern”ə 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-10 Liqasının “Lokomotiv” (Ucar) – “Kürdəmir” FK oyunu “Lokomotiv” komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün “Lokomotiv” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"