Azərbaycana məğlubiyyət barədə: "Fəlakət idi"

20 Noyabr 2023 08:50 Milli komanda 1 240
Azərbaycana məğlubiyyət barədə: "Fəlakət idi"

İsveç millisinin hücumçusu Viktor Qyekereş AVRO-2024-ün seçmə mərhələsinin Azərbaycanla oyunu barədə danışıb.

Sportinfo.az xəbər verir ki, isveçli forvard Bakıdakı 0:3 hesablı məğlubiyyətə görə məyus olduğunu gizlətməyib:

"Bu, sadəcə fəlakət idi, baş verməməli idi. İlk altı dəqiqədə iki qol vurdular və bundan sonra mübarizə aparmaq kifayət qədər çətin oldu.

Kifayət qədər yaxşı oynamadıq və qol şansı yaratmadıq. Belədə, uduzduq".

25 yaşlı forvard "Brommopoykarna", "Brayton", "Sankt-Pauli", "Suonsi", "Koventri"də oynadıqdan sonra 2023-cü ildə "Sportinq"(Lissabon) klubuna keçib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"