"Messi və Ronaldonun səviyyəsindən çox uzağam"

24 Mart 2021 00:28 Almaniya 894
"Messi və Ronaldonun səviyyəsindən çox uzağam"

Dortmund "Borussiya"sının futbolçusu Erling Haaland "Barselona"nın kapitanı Lionel Messi və "Yuventus"un oyunçusu Kriştiano Ronaldo ilə müqayisə edilməsi haqqında danışıb.

Sportinfo.az xəbər verir ki, 20 yaşlı hücumçu deyib:

"Jurnalistlər bu barədə çox yazıblar. Amma mən diqqətimi başqa şeylərə cəmləyirəm. Hər gün oyunumu daha da yaxşılaşdırmaq istəyirəm.

Ronaldo və Messi haqqında danışmağa ehtiyac yoxdur. Onlar tarixin ən yaxşılarıdırlar. Hələ onların səviyyəsindən çox uzağam".

Haaland ötən ilin yanvar ayında "Zalsburq"dan "Borussiya"ya köçüb. O, bu müddət ərzində 49 matça çıxaraq, 49 ol vurub.

Digər Xəbərlər
Xəbər Lenti