Öncə "Qarabağ"a, sonra onun keçmiş rəqibinə aman vermədilər - VİDEO

30 Oktyabr 2023 02:30 Almaniya 1 127
Öncə "Qarabağ"a, sonra onun keçmiş rəqibinə aman vermədilər - VİDEO

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Bayer" Almaniya Bundesliqasında 9-cu tur oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Leverkuzen təmsilçisi "Frayburq"u qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.

Bu nəticədən sonra xalını 25-ə çatdıran Xabi Alonsonun baş məşqçisi olduğu komanda turnir cədvəlində yenidən 1-ci pilləyə yüksəlib. "Bavariya" 23 xalla 2-ci, "Ştutqart" 21 xalla 3-cüdür.

"Qarabağ"la "Bayer" arasında ilk oyunda Almaniya klubu 5:1 hesabı ilə qalib gəlib. Bu komandalar arasında ikinci matç noyabrın 9-da Bakıda keçiriləcək.

"Bayer" - "Frayburq" - 2:1
Qollar:
Virtz, 36 (1:0), Atubolu, 60-avtoqol (2:0), Gulde, 70 (2:1)

Digər Xəbərlər
Xəbər Lenti