Qurban Qurbanov razılığını verdi – BU KEÇİD ÜÇÜN

10 Mart 2021 13:00 Qarabağ 2 605
Qurban Qurbanov razılığını verdi – BU KEÇİD ÜÇÜN

Dünən xəbər verdiyimiz kimi, Çinin I Divizionunda çıxış edən “Hançjou Qrintaun”dan ayrılacağı gözlənilən Dino Ndlovu karyerasını "Qarabağ"da davam etdirə bilər.

Koronavirus pandemiyasına görə hələ Çinə qayıtmayan hücumçu yayda klubunu dəyişmək fikrindədir.

O, yenidən Ağdam klubuna dönməyi arzulayır və bu məqsədlə rəhbərliklə əlaqə saxlayıb. Cənubi Afrika Respublikasından olan fopvard hazırkı qazancından xeyli aşağı məbləğə "Qarabağ"la müqavilə bağlamağa hazır olduğunu bildirib.

Redaksiyamıza daxil olan məlumata görə, Qurban Qurbanov 3 il öncə buradan ayrılmış afrikalı legionerin son durumu ilə maraqlanıb. Baş məşqçi bu qayıdışın reallaşmasına razılıq verib.

Saytımız bu xəbəri yayandan sonra "Qarabağ"ın azarkeş səhifələri Dinonun fotolarını paylaşmaqla ondan ötrü darıxdıqlarını nümayiş etdirib və və geri dönməsini arzulayıb.

Cənubi afrikalı onlardan bəzilərini hekayə bölümünə yerləşdirib. Onun bu addımı “Qarabağ”a qayıtmasının əlehinə olmadığına işarə olub.

31 yaşlı forvard klubda ən çox maaş alan futbolçulardan biridir. Ndlovu Çin I Liqasında keçirdiyi 60 oyunda 40 qol vurub, 7 məhsuldar ötürmə edib.

2016-2017-ci illərdə “Qarabağ”da oynamış hücumçu 32 oyunda 17 qol vurmuşdu.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti