Azərbaycan millisinin "yük"ünü daşıyan 3 klub - ARAŞDIRMA

25 Noyabr 2020 17:40 Premyerliqa 814
Azərbaycan millisinin "yük"ünü daşıyan 3 klub - ARAŞDIRMA

Azərbaycan milli komandasına ən çox futbolçu verən klublar müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, başa çatmaqda olan ildə 7 matça çıxan yığmamız 8 klubun üzvlərinə güvənib.

Baş məşqçi Canni de Byazi 7 yerli və 1 xarici klubun oyunçularına şans verib. Son illərdə və müxtəlif baş məşqçilərin dövründə olduğu kimi yenə də yığmanın baza klubu rolunu “Qarabağ” oynayıb.

Ağdam klubunun 10 üzvü il ərzində milli forma geyinib. Onlar ümumilikdə 38 matçda şans qazanıb. Bu o deməkdir ki, “Qarabağ” yığmanın təxminən 1/3-ni təşkil edir.

“Sumqayıt”ın 6 futbolçusu millidə meydana çıxıb. “Sabah” isə 5 oyunçusunu ölkənin əsas komandasına ezam edib. Futbolçu sayındakı fərqə baxmayaraq, hər iki klubun üzvləri ümumilikdə 20 oyun keçirib.

Premyer Liqanın son mövsümünün mükafatçıları “Neftçi” və “Keşlə” bu komandalardan təxminən iki dəfə geridədir. “Ağ-qaralar”ın üç üzvü 11, keşləlilərin 4 oyunçusu 11 matçda şans qazanıb.

“Zirə” və “Səbail” yalnız bir futbolçu ilə millidə təmsil olunub. “Qəbələ” əsas yığmaya futbolçu verməyən yeganə Premyer Liqa klubudur.

İl ərzində yalnız bir dəfə xarici klub üzvü millidə meydana çıxıb. Bu, İsveçrə “Qrasshoppers”ini təmsil edən Renat Dadaşovdur.

Araz Abdullayev isə millidə keçirdiyi 2 görüşdə klubsuz kimi iştirak edib. Yarımmüdafiəçi özünə yeni komanda tapandan sonra yığmada şans qazanmayıb (apasport.az).

1. “Qarabağ” - 10 futbolçu, 38 oyun, 1 qol vurub, 4-nü buraxıb
Bədavi Hüseynov - 6
Qara Qarayev - 6
Abbas Hüseynov - 5
Maksim Medvedev - 5 (1)
Emil Balayev - 4 (-4)
Mahir Mədətov - 4
İsmayıl İbrahimli - 3
Şahrudin Məhəmmədliyev - 3
Musa Qurbanlı - 1
Rahil Məmmədov – 1
2. “Sumqayıt” – 6 futbolçu, 20 oyun
Rəhim Sadıxov - 5
Elvin Bədəlov - 4
Vüqar Mustafayev - 4
Tellur Mütəllimov - 3
Əli Qurbani - 2
Xəyal Nəcəfov - 2
3. “Sabah” – 5 futbolçu, 20 oyun, 1 qol
Ramil Şeydayev - 6 (1)
Amin Seydiyev - 4
Bəhlul Mustafazadə - 4
Coşqun Diniyev – 3
Təmkin Xəlilzadə - 3
4. “Neftçi” – 3 futbolçu, 11 oyun
Anton Krivotsyuk - 6
Namiq Ələsgərov - 4
Mirabdulla Abbasov - 1
5. “Keşlə” – 4 futbolçu, 10 oyun
Azər Salahlı - 5
Rəhman Hacıyev - 2
Vüsal İsgəndərli – 2
Şəhriyar Əliyev – 1
6. “Zirə” – 1 futbolçu, 5 oyun
Elvin Camalov – 5
7-8. “Səbail” – 1 futbolçu, 1 oyun
Adil Nağıyev – 1
“Qrasshoppers” (İsveçrə) – 1 futbolçu, 1 oyun
Renat Dadaşov - 1
Klubsuz – 1 futbolçu, 2 oyun
Araz Abdullayev – 2
Qeyd: sıralama oyun, futbolçu, qol sayı ardıcıllığına əsasən tərtib edilib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!