“Qarabağ”, “Neftçi”, “Keşlə” və “Səbail” hələ seçim etməyib

30 Avqust 2020 21:00 Premyerliqa 1 279
“Qarabağ”, “Neftçi”, “Keşlə” və “Səbail” hələ seçim etməyib

Sportinfo.az xəbər verir ki, Premyer Liqa klubları fasilə müddətində boş dayanmayacaq.

Milli komandaların oyunları üzündən çempionata verilən aranı onlar yoxlama matçları ilə dolduracaq.

Artıq 4 komandanın sentyabrın 5-də meydana çıxacağı dəqiqləşib. Belə ki, “Sumqayıt” Masazırda “Sabah”la, “Qəbələ” isə Zirədə yerli komanda ilə sınaq oyunu keçirməyə razılaşıb.

Digər 4 komanda – “Qarabağ”, “Neftçi”, “Keşlə” və “Səbail” hələ seçim etməyib, lakin onların bir-biri ilə qarşılaşmaqdan başqa çarəsi yoxdu.

Premyer Liqada cəmi 8 komandanın mübarizə aparması belə mənzərələri üzə çıxarır. Seçim imkanı az olduğundan komandalar sınaq matçları və çempionat oyunlarında il ərzində 6-7 dəfə üz-üzə gəlir. “Qəbələ” ilə “Zirə” daha öncəki yoxlama oyunu bir yana, ötən həftə çempionatın ilk turunda da qarşılaşmışdı (1:1).

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!