AFFA Premyer Liqa klublarına maliyyə dəstəyi vermək üçün …

12 Avqust 2020 10:24 Premyerliqa 774
AFFA Premyer Liqa klublarına maliyyə dəstəyi vermək üçün …

"Müasir tarix belə presedentləri tanımır. Futbol yeni reallıqlara uyğunlaşmanı tələb edən situasiya ilə toqquşub".

Sportinfo.az xəbər verir ki, bu sözlər AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədorva məxsusdur.

Onun fikrincə, pandemiya bütün futbol dünyası üçün ciddi sınaq olub: "Təbii ki, bu, yeni norma və qaydaların tətbiqini tələb edir. Biz də bunların hamısına əməl etməliyik.

Şübhəsiz ki, baş verənlər bütün dünyada klubların maliyyə sabitliyinə də təsirsiz ötüşmədi. Məsələn, Avropanın bir çox klubu kömək, güzəştli kreditlər üçün müraciət etdi.

Bəziləri ümumiyyətlə, yeni sahiblərinin axtarışları ilə məşğul oldu. Məsələn, bu günlərdə İtaliya "Roma"sının satılmasına dair xəbər yayıldı.

AFFA da Azərbaycan Premyer Liqası klublarına müvafiq maliyyə dəstəyi vermək üçün müvafiq addımlar atdı. Futbol funksionerləri belə çağırışlara gələcəkdə də hazır olmalıdır".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!