Azərbaycanda hansı klublar çempion ola bilməz?

30 Noyabr 2021 20:20 Premyerliqa 1 005
Azərbaycanda hansı klublar çempion ola bilməz?

"Euro Club Index" statistika portalı Azərbaycan Premyer Liqasında çıxış edən komandaların 2021/2022 mövsümü üçün çempionluq şanslarını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, saytın araşdırmasına əsasən, "Qarabağ" qızıl medalları qazanmağa daha iddialıdır.

Hazırda Premyer Liqaya 27 xalla "Qarabağ" başçılıq edir. Ağdam klubunun çempionluq şansları 97,2 faiz qiymətləndirilib.

"Köhlən atlar" üçün cari mövsümdə proqnozlaşdırılan xal sayı isə 68 göstərilib.

İkinci pillədə son çempion "Neftçi" qərarlaşıb. "Ağ-qaralar"ın şansları cəmi 1,5 faizdir. Flaqmanın çempionatı maksimum 49 xalla başa vuracağı ehtimal olunur.İlk "üçlüy"ü "Zirə" klubu tamamlayır.

"Qartallar"ın çempionluq şansları 0,9-a bərabərdir. 4-cü sıradakı "Qəbələ"nin mövsümü lider kimi bitirmək şansları 0,3 faizdir.

Statistika portalı qalan 4 komandaya isə şans tanımayıb.

1. "Qarabağ" - 97,2 faiz

2. "Neftçi" - 1,5 faiz

3. "Zirə" - 0,9 faiz

4. "Qəbələ" - 0,3 faiz

5. "Sabah" - 0 faiz

6. "Sumqayıt" - 0 faiz

7. "Keşlə" - 0 faiz

8. "Səbail" - 0 faiz

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!