Ağayev Qəbələdə, Cabarov Bakıda – 7-ci həftənin ilk təyinatları

16 Oktyabr 2021 11:00 Premyerliqa 376
Ağayev Qəbələdə, Cabarov Bakıda – 7-ci həftənin ilk təyinatları

Azərbaycan Premyer Liqasında 7-ci turun iki oyunu üçün bütün təyinatlar müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, turun açılış matçında qarşılaşacaq “Səbail”lə “Keşlə”nin oyununu Rauf Cabbarov idarə edəcək.

“Qəbələ” – “Zirə” qarşılaşmasını isə FİFA referisi Əliyar Ağayev idarə edəcək.

16 oktyabr

"Səbail" – "Keşlə"
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Nahid Əliyev, Rəşad Əhmədov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Bakı. “ASCO Arena”, 15:00.

"Qəbələ" – "Zirə"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Vüqar Həsənli.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Qəbələ şəhər stadionu, 17:00.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!