İlk yarış günündə medal qazanan Azərbaycan idmançıları mükafatlandırıldı

23 İyul 2019 08:48 Olimpiya oyunları 369
İlk yarış günündə medal qazanan Azərbaycan idmançıları mükafatlandırıldı

Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) ilk medalları qazanan Azərbaycan idmançıları mükafatlandırılıb.

Sportinfo.az xəbər verir ki, ilk yarış günündə sərbəst güləşdə Murad Haqverdiyev (45 kq) qızıl, Əbülfəz Nəsirov (55 kq) isə gümüş medal qazanıb.

Yunan-Roma güləşçilərindən Fərid Sadıxlı (45 kq) qızıl, Nihat Məmmədli (55 kq) bürünc medal əldə edib.

Yarışın Təşkilat Komitəsi ilk mükafatlandırmanın açılış mərasimindən sonra baş tutmasını uyğun bildiyi üçün imdançılar medallarına qovuşublar.

Xəbər Lenti