Festivalda fəal iştiraka görə Bakının 6 məktəbi mükafatlandırıldı

29 İyul 2019 14:24 Olimpiya oyunları 686
Festivalda fəal iştiraka görə Bakının 6 məktəbi mükafatlandırıldı

Milli Olimpiya Komitəsində (MOK) "Zəfər günləri" layihəsi çərçivəsində Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalı (EYOF) ilə bağlı tədbirdə Bakının 6 məktəb direktoru da təltif olunub.

Sportinfo.az xəbər verir ki, EYOF zamanı Atletlər Kəndində təşkil olunan Atletlər Olimpiya Mədəniyyəti və Təhsil proqramı çərçivəsində “Olimpiya Mədəniyyəti və İdman’’ güşəsinin Fəal Məktəb nominasiyası üzrə qalibi olan 3 məktəb mükafatlandırılıb.

Məzahir Rüstəmov adına Serbiyanı təmsil edən 32 saylı məktəbin direktoru Sevda Abdullayeva, İsveçrəni təmsil edən Məmməd Rahim adına 7 saylı məktəbin direktoru Könül Həsənova və İsveçi təmsil edən 189-190 saylı məktəbin direktoru Ceyran Quliyeva təltif olunublar.

Qaliblərə ölkə daxilində istirahət üçün kupon verilib.

Ən Fəal Məktəb nominasiyası üzrə Ukraynanı təmsil edən Tahir Həsənov adına 23 saylı məktəbin direktoru Yuliya Kərimova, İspaniyanı təmsil edən Arif Hüseynzadə adına 20 saylı məktəbin direktoru Sədaət Veysova və Azərbaycanı təmsil edən Məmmədhüseyn Şəhriyar adın 193 saylı məktəbin direktoru Rahim Hüseynov təltif olunublar. Qaliblərə Yunanıstana səfər etmək üçün kupon verilib.

“Olimpiya Mədəniyyəti və İdman’’ güşəsində Bakı şəhərindən seçilmiş 49 məktəb 49 Avropa ölkəsini təmsil edib.

Xəbər Lenti