"Yenə də Azərbaycan və Türkiyə bayraqlarını qaldıracam"

30 Yanvar 2020 14:37 Olimpiya oyunları 736
"Yenə də Azərbaycan və Türkiyə bayraqlarını qaldıracam"

Türkiyə millisinin azərbaycanlı yüngül atleti Ramil Quliyev qarşıdan gələn Tokio-2020 oyunları ilə bağlı fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, Quliyev “Sputnik Azərbaycan”a müsahibəsində maraqlı fikir səsləndirib.

O, deyib ki, gər Yay Olimpiya Oyunlarında yarışın mükafatçıları sırasına düşsə, 2017-ci ildə dünya çempionu olan vaxtdakı kimi yenidən Türkiyə və Azərbaycan bayraqlarını dalğalandıracaq.

“Allah etsin ki, mən Tokiodakı olimpiadada mükafat qazanım. Bu halda əlbəttə, qaçış zolağına iki bayraqla çıxacağam”.

Xəbər Lenti