Şöbə müdiri nümayəndə heyətinin rəhbəri olacaq

7 Yanvar 2020 17:14 Olimpiya oyunları 1 039
Şöbə müdiri nümayəndə heyətinin rəhbəri olacaq

Azərbaycan Paralimpiya Komitəsi yayda Yaponiyanın paytaxtı Tokioda keçiriləcək paralimpiadaya yollanacaq nümayəndə heyətinin rəhbərini müəyyənləşdirib.

Sportinfo.az xəbər verir ki, paralmpiadada bu vəzifəni ("Chef de mission") Rauf Mürsəlov icra edəcək. 2011-ci ildən Milli Paralimpiya Komitəsində fəaliyyətə başlayan Mürsəlov hazırda İdman şöbəsinin müdiridir.

Qeyd edək ki, Azərbaycan güllə atıcılığı, atletika, üzgüçülük və pauerliftinq olmaqla “Tokio-2020” Paraimpiya Oyunlarına hələlik 7 lisenziya qazanıb. Ölkəmizin Yaponiyada 7 idman növü üzrə 32 atletlə təmsil olunacağı proqnozlaşdırılır.

Olimpiadada nümayəndə heyətinin rəhbəri isə Anar Bağırov olacaq.

Xəbər Lenti