EYOF: Azərbaycan cüdoçusu finala yüksəldi

26 İyul 2019 15:12 Olimpiya oyunları 690
EYOF: Azərbaycan cüdoçusu finala yüksəldi

Azərbaycan cüdoçusu Hüseyn Məmmədov Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) finala yüksəlib.

Sportinfo.az xəbər verir ki, 90 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda moldovalı Alin Baqrini ipponla məğlub edib.

O, qızıl medal uğrunda görüşdə Axmed Maqomadov (Rusiya) - Jan Karletti (İtaliya) cütünün qalibi ilə üz-üzə gələcək.

81 kq-da yarışan Məhərrəm İmamverdiyev təsəlliverici görüşlərdə qələbə qazanıb. O, bürünc medal uğrunda görüşdə israilli İftaç Badaşla görüşəcək.

70 kq-da yer alan Nərmin Əmirli təsəlliverici görüşdə rusiyalı Yelizaveta Postnikovaya uduzaraq medal şansından məhrum olub.

Xəbər Lenti