Gürcüstan da Avropa Gənclər Festivalına ev sahibliyi etmək istəyir

31 İyul 2019 15:12 Olimpiya oyunları 632
Gürcüstan da Avropa Gənclər Festivalına ev sahibliyi etmək istəyir

Gürcüstanın Milli Olimpiya Komitəsi 2025-ci ildə XVII Avropa Gənclər Qış Olimpiya Festivalına ev sahibliyi etmək üçün ərizə verib.

Sportinfo.az xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze bildirib.

O, yarışı uğurla təşkil edəcəklərinə əminliyini ifadə edib. Qeyd edək ki, bu il Avropa Gənclər Qış Olimpiya Festivalı Bosniya və Herseqovinada, Yay Festivalı isə Azərbaycanca keçirilib.

2021-ci ildə Finlandiyanın Vuokatti şəhəri Qış Festivalına ev sahibliyi edəcək. 2023-ci il üçün isə bu hüquq Friuli - Venesiya-Culiyaya (İtaliya) verilib.

Xəbər Lenti