Rusiya yığmasının sabiq üzvü Azərbaycanı təmsil edəcək

3 Yanvar 2020 15:22 Olimpiya oyunları 1 105
Rusiya yığmasının sabiq üzvü Azərbaycanı təmsil edəcək

Azərbaycan ilk dəfə Yeniyetmələrin Qış Olimpiya Oyunlarında iştirak edəcək.

Sportinfo.az xəbər verir ki, ölkəmizi İsveçrədə keçiriləcək "Lozanna-2020" Yeniyetmələrin Qış Olimpiya Oyunlarında fiqurlu konkisürmə idman növü üzrə Yekaterina Ryabova təmsil edəcək.

Olimpiada 9-22 yanvar tarixlərində keçiriləcək. Ryabova "Minsk Arena Ice Star 2018" turnirinin qızıl medalçısıdır. 2018-ci ildən Azərbaycanı təmsil edən Rusiya yığmasının keçmiş üzvü 2019-cu ildə keçirilmiş Avropa və dünya çempionatlarında qadınlar arasında təklər kateqoriyasında ölkəmizin şərəfini qoruyub.

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı