"Neftçi"dən: "Bizim evimiz tikilir, buna çox ehtiyacımız var idi" - FOTOLAR

10 Sentyabr 2020 20:40 Neftçi 1 729
"Neftçi"dən: "Bizim evimiz tikilir, buna çox ehtiyacımız var idi" - FOTOLAR

"Əsas sponsorumuz bazanın tikintisini hər zaman dəstəkləyir. Bizim evimiz tikilir".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin vitse-prezidenti Elnur Eyvazov deyib. O bildirib ki, Türk Hava Yolları bazasında indiyədək çox iş görülüb:

"O bazanın başı bəlalıdır, təməli 2012-ci ildə qoyulub. U-21 millisinin baş məşqçisi Milan Obradoviç meydançalarla bağlı xoş sözlər deyib, yüksək səviyyəli olduqlarını bildirib.

Həmin sahələrə böyük sərmayələr qoyulub. Təbii meydançalara müntəzəm qulluq edilir. Keçən mövsüm ərzində binanın əsas beton işlərini tamamladıq və mərtəbələri qaldırdıq. 2-3-cü mərtəbələr qalmışdı, tavanın beton işlərini bitirmişik.

Keçən mövsüm sənədləşdirmədə problemlər oldu. Sənədləşdirmə ilə bağlı işlərin bəzilərini sıfırdan gördük. Qayda odur ki, sənədlər tamamlanmalıdır. Çatmayan nöqsanlar aradan qaldırılıb".

Eyvazov bazadakı üstü qapalı meydançanın yerini dəyişdiklərini sözlərinə əlavə edib: "Meydança bərbad vəziyyətdə idi, onu bərpa etdik. Üstü qapalı meydançanın yerini süni meydança qurduğumuz üçün dəyişdik. Buna çox ehtiyacımız var idi".

Eyvazov bazanın fasad işlərinin yaxın 6 ay ərzində tam yekunlaşacağını da diqqətə çatdırıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"