"Neftçi" Antalyada ən ucuz oteli seçdi - MARAQLI SƏBƏB

5 Yanvar 2020 20:03 Neftçi 1 820
"Neftçi" Antalyada ən ucuz oteli seçdi - MARAQLI SƏBƏB

Qış hazırlığını Türkiyədə keçirəcək “Neftçi” Antalyaya yanvarın 11-də yollanacaq. Robetro Bordinin komandası yanvarın 25-nə qədər qardaş ölkədə təşkil olunacaq təlim-məşq toplanışı çərçivəsində 4 yoxlama oyununda gücünü sınayacaq.

Ölkənin ən imkanlı iki klubundan birinin otel seçimi ilə bağlı redaksiyamıza maraqlı məlumat daxil olub. Sportinfo.az-a verilən xəbərə görə, "ağ-qara" klub Antalyada yox, bu şəhərdən 70 km aralıda yerləşən Side bölgəsindəki ucuz otellərdən birini seçib. Məhz idman direktoru Ceyhun Sultanovun istəyi ilə. Məsələ burasındadır ki, bölgədəki otelin icarədarı Sultanovun yaxın dostudur. Xeyiri dostuna verən Ceyhun bəyin bu addımı həm də otelin "Neftçi"yə kifayət qədər ucuz başa gəlməsiylə nəticələnib.

Digər Xəbərlər
Xəbər Lenti