Azərbaycan klubunun başına FİLM KİMİ OLAY GƏLDİ

15 Fevral 2021 15:00 Neftçi 2 029
Azərbaycan klubunun başına FİLM KİMİ OLAY GƏLDİ

Premyer Liqanın XV turunun “Qarabağ” – “Neftçi” oyununda (1:2) 4 qırmızı vərəqə göstərilib.

Sportinfo.az xəbər verir ki, meydan sahiblərindən Kevin Medina, qonaqlardan Ömər Buludov, Mamadu Kane və Voislav Stankoviç meydanı vaxtından əvvəl tərk edib.

Bu, “Qarabağ”la “Neftçi” arasında Azərbaycan derbilərində ən çox qırmızı vərəqənin göstərildiyi oyundur. 82-ci dəfə ölkə çempionatında üz-üzə gələn komandaların duellərində heç vaxt bu qədər oyunçu meydançadan kənarlaşdırılmayıb.

Ümumiyyətlə, ölkə çempionatları tarixində bir matçda 4 qırmızı vərəqəyə sonuncu dəfə 2014/15 mövsümündə təsadüf olunub. 2014-cü il noyabrın 24-də keçirilən “Neftçi” – “Xəzər Lənkəran” (2:2) matçında komandaların hərəsinin iki futbolçusu qırmızı vərəqə alıb.

Bir komandanın eyni oyunda üç qırmızı vərəqə ilə cəzalanması isə sonuncu dəfə 2015/16 mövsümündə qeydə alınıb. 2015-ci il oktyabrın 18-də “Rəvan” “Kəpəz”lə ev oyununu (0:2) 8 futbolçu ilə başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti