Koronavirusu aşkar edən ağıllı saat hazırlandı - Testdən daha effektlidir

13 Avqust 09:00 Maraqlı 277
Koronavirusu aşkar edən ağıllı saat hazırlandı - Testdən daha effektlidir

Amerikalı alimlər koronavirusa yoluxmanı tez aşkarlayacaq yeni qadjet - ağıllı saat hazırlayıblar. Artıq bu saat 5000 könüllü üzərində sınanılıb.

Sportinfo.az xəbər verir ki, fitnes qolbaq formasında olan saat yuxunun davamlılığı və nəbzin tezliyi və sayı ilə koronavirus ehtimalını təyin edəcək.

Çünki uzun müddət, çox saat yatmaq, yuxululuq, nəbzin yüksəlməsi, sürətlənməsi 85% koronavirus xəstələrində xarakterik hallardır.

Bu saat kütləvi diaqnostika üçün istifadə oluna bilər və PÇR testindən daha səmərəlidir. Eləcə də virusu inkubasion və hələ simptomsuz dövrdə aşkarlamağa imkan verər.

Saatı taxan şəxsdən alınan məlumatlat riyazi alqoritmlə incələnir və 85% hallarda elə başlanğıcda koronavirus ehtimalını təsdiq edir.

Müəlliflər yaxın gələcəkdə saatın imkanlarını genişləndirərək, qanda oksigenin səviyyəsini ölçmə imkanını da əlavə edəcək. Bu vaxta kimi infeksion virus xəstəliklərini aşkarlayan belə bir qadjet olmamışdı.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 22:00 "Çelsi" icarəyə verdi
18 Sentyabr 19:16 Edin Ceko "Yuventus"da
18 Sentyabr 19:02 25-ci "Qarabağ"la gəldi
18 Sentyabr 18:34 Ay qardaş, ay qardaş…
18 Sentyabr 09:42 Satmaq üçün razılaşdılar