Erməni döyən qız - VİDEO

9 Fevral 2020 16:42 Maraqlı 798
Erməni döyən qız - VİDEO

ABŞ-ın Hyuston şəhərindəki "Toyota Center" stadionunda ən yüngül çəkidə UFC çempionu, qırğızıstanlı Valentina Şevçenko ilə çempion tituluna namizəd, erməni əsilli yerli Ketlin Çukaqyan arasında döyüş keçirilib.

Sportinfo.az xəbər verir ki, görüş üçüncü raundun ilk dəqiqəsində başa çatıb.

Şevçenko Çukaqyanı yerə yıxıb və sifətinə zərbələr endirib. Beləliklə, o, texniki nokautla qələbə qazanaraq, üçüncü dəfə kəmərini müdafiə edib.

Əvvəllər Valentina Şevçenko kəmərini Cessika Ay və Liz Karmuşla döyüşlərdə də müdafiə edib. 2018-ci ildən UFC kəmərini qoruyan 32 yaşlı idmançı karyerası ərzində ümumilikdə 21 döyüşə çıxıb və 18 qələbə qazanıb. Ketlin Çukaqyan isə qarşılaşmalarından 13 qələbə və 3 məğlubiyyətlə ayrılıb.

Digər Xəbərlər
Xəbər Lenti