Zaur Axundovun bir telefon zəngi kifayət etdi ki…

19 Oktyabr 2020 09:28 Şamaxı 692
Zaur Axundovun bir telefon zəngi kifayət etdi ki…

“Keşlə” Sezar Meza Kollini yenidən heyətinə qatdığını dünən rəsmən açıqlayıb.

Paraqvaylı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

29 yaşlı legioner mövsümün sonuna qədər sabiq klubunun uğurları üçün çalışacaq.

Sezar 2013-2016-cı illər aralığında “Keşlə”nin “İnter” adlandığı dövrdə də bu klubun uğurları üçün çalışıb. 29 yaşlı futbolçu 2018-ci ildə də paytaxt təmsilçisində forma geyinmiş və məhz bu klubdan Rumıniya təmsilçisinə - “Universitatya“ya transfer olunmuşdu.

Ötən mövsüm icarə əsasında yenidən “Keşlə”yə qayıdan Meza Kolli bu ilin əvvəlində koronavirus pandemiyasına görə elan olunmuş karantin dövründə Azərbaycanı tərk etmişdi.

Bakılılar yaydan bəri onun yolunu gözləsə də, Sezar başqa klublardan daha sərfəli təklif almaq ümidi ilə “Keşlə”yə qayıtmaqdan imtina edirdi.

Ona “Qarabağ“ və “Zirə“ də iddialı idi. Cənubi amerikalı son anda sabiq komandasına qayıtmağı üstün tutdu. Və heç də pula görə yox.

Halbuki istədiyi məbləğ 150 min dollar idi və “Keşlə“ bu qədər pulu ödəməyə hazır deyildi. Çünki Premyer Liqanın bürünc medalçısı onun qayıdışından əlini üzdüyündən, büdcəsini digər legionerlərin alınmasına sərf etmişdi.

Bəs necə oldu ki, bu keçid alındı?

Klubun Müşahidə Şurasının sədri Zaur Axundovun məsələni şəxsi nəzarətinə götürməsi və ona göndərdiyi mesaj paraqvaylı futbolçunun son qərarını verməsinə təsir edib.

Belədə o, maliyyə şərtlərində bir xeyli güzəştə gedib. Bu, gələn ilin yanvarınadək belə davam eləyəcək. Həmin vaxt müqavilə öhdəliyinə bir daha baxılacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti