Bu klub I Diviziona buraxılmasa, fəaliyyətini dayandıracaq

29 Avqust 2020 20:00 Şamaxı 1 618
Bu klub I Diviziona buraxılmasa, fəaliyyətini dayandıracaq

I Divizionda növbəti mövsümə sentyabrda start veriləcək.

Peşəkar Futbol Liqası (PFL) aşağı dəstədə yarışmanın başlama tarixini hələ dəqiqləşdirməsə də, gözlənilən budur ki, bu, gələn ayın 20-dən sonraya təsadüf edəcək.

Vaxt az qalsa da, hələ bilinmir ki, çempionat neçə komandanıın iştirakıyla keçiriləcək. «Qəbələ» və «Zirə»dən sonra «Səbail»in əvəzedici heyəti də burada mübarizə aparmayacaq.

AFFA və PFL I Divizion mənsublarının sayının 10-a enməsi ilə barışmaq istəmir. Bu məqsədlə Region Liqasının bəzi komandalarıyla əlaqə sxlanılııb, onlardan belə bir niyyətlərinin olub-olmaması soruşulub.

«Uğur» və «Şamaxı» bu siyahıdadır. Federasiyanın marağı ən çox «Şamaxı»yadır. Çünki adıçəkilən klubun təmsil etdiyi rayonun İcra Hakimiyyəti ilə AFFA rəhbərliyinin yaxın əlaqələri mövcuddur.

«Uğur» isə Regjion Liqasında daha bir mövsüm keçirməyin əleyhinədir. Yarımhəvəsekar yarışda 3 ili arxada qoyan Sumqayıt klubu artıqn bununla bağlı qurumu xəbərdar edib. İşdir, AFFA «Uğur»u yenə I Diviziona buraxmasa, fəaliyyətini dayandıracaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti