"Azərbaycanda səhv etmək limitimiz yox idi, bunu bilirdik"

29 Avqust 2020 14:36 Şamaxı 920
"Azərbaycanda səhv etmək limitimiz yox idi, bunu bilirdik"

"Çox çətin oyun oldu, çünki keyfiyyətli komandaya qarşı çıxış edirdik".

Sportinfo.az xəbər verir ki, bunu "Laçi"nin hücumçusu Teko Avropa Liqasının I təsnifat mərhələsində "Keşlə" ilə keçirilən oyunu dəyərləndirərkən deyib.

Braziliya mətbuatına açıqlama verən Albaniya klubunun oyunçusu mərhələ adladıqları üçün sevincli olduqlarını söyləyib: "Azərbaycana mərhələ adlamaq hədəfi ilə yollanmışdıq.

Çətin oyun idi, səhv etmək limitimiz yox idi, bunu bilirdik. İkinci hissədə komanda yoldaşımızın qırmızı vərəqə alması bizi təəssüfləndirdi. Ancaq bütün oyunçuların iradəsi və qətiyyəti ilə qalib gəlməyi bacardıq".

25 yaşlı forvard böyük uğura imza atdıqlarını bildirib: "Bu, həm klub, həm də oyunçular üçün böyük nailiyyətdir. Çünki ilk dəfə mərhələ adladıq. Artıq gücümüzü bərpa etmək və növbəti oyuna hazırlaşmaq lazımdır".

"ASK Arena"da keçirilən "Keşlə" - "Laçi" görüşündə 120 dəqiqə ərzində qapılara qol vurulmayıb və penaltilər seriyasında 5:4 hesablı qələbə qazanan albanlar növbəti mərhələyə yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti