La Liqadan millimizin yeni baş məşqçisinə təbrik - FOTO

31 İyul 2020 12:58 Şamaxı 573
La Liqadan millimizin yeni baş məşqçisinə təbrik - FOTO

İspaniya La Liqasının rəsmi "Facebook" səhifəsi Canni De Byazinin Azərbaycan millisinə baş məşqçi təyin olunmasına biganə qalmayıb.

bu münasibətlə italiyalı mütəxəssisə təbrik ünvanlanıb.

AFFA-nı da unutmayan səhifə milli assosiasiyanı Azərbaycan dilində təbrik edib: "Keçmiş La Liqa baş məşqçisi Canni De Byazini Azərbaycan millisinin sükanı arxasına keçməsi münasibətilə təbrik edirik. Təbriklər, AFFA".

64 yaşlı mütəxəssis İspaniyada "Levante" (2007/2008) və "Alaves" (2017/2018) klublarına başçılıq edib. Canni De Byazi dünən AFFA ilə 1,5 illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti