Axundov pul paylayacaq: "Uşaqlar özlərini tankın altına atdı"

9 Noyabr 2019 19:31 Şamaxı 943
Axundov pul paylayacaq: "Uşaqlar özlərini tankın altına atdı"

"Keşlə"nin Müşahidə Şurasının sədri Zaur Axundov Premyer Liqanın XI turunda "Neftçi" üzərində 2:1 hesablı qələbə qazandıqları oyundan sonra Sportinfo.az-ın əməkdaşının suallarını cavablandırıb.

- Oyundan öncə qalib gələcəyinizi gözləyirdizmi?

- Komandada istək var idi. Oyunun gərgin keçəcəyini gözləyirdik. Çünki 2 və 3-cü yerdə qərarlaşan komandaların dueli idi. Futbol ictimaiyyəti də bu oyunu gözləyirdi. Komandamı təbrik edirəm. Əsas odur ki, hesabda geri düşdükdən sonra toparlana bildik və layiqli qələbə qazandıq.

- Sizcə, "Keşlə" bu gün nəyin hesabına qalib gəldi?

- Ancaq istəyin hesabına. Uşaqlarda o inamı gördüm. Özlərini tankın altına verdilər. "Neftçi" titullu komandadır. Onlara hörmətlə yanaşırıq. Bu gün istək qalib gəldi.

- Meydançadakı gərginliyə necə münasibət bildirərdiz?

- Bunlar futbolda olan şeylərdir. Meydanda yaşananlar meydanda da qalır. Belə gərginlik olacağı gözlənilirdi. Yarım saatdan sonra özlərinə gəlib, yenidən öpüşüb-görüşəcəklər.

- Adətən belə oyunlardan öncə mükafat qoyulur. Komandanı mükafatlandıracaqsız?

- Onlarla danışmışdım. Demişdim ki, yaxşı nəticə olsa, "premya" da olacaq. Siz məndən yaxşı bilirsiz (gülür).

- Yəqin ki, əsas hədəf ilk 3-lükdür. Hazırkı heyətlə bunu etmək mümkündürmü?

- Heyət mütləq güclənməlidir. Mövsümün ilk hissəsinin sonuna 3 tur qalıb. Təbii ki, fasilədə islahatlar olacaq. Məşqçilər bunun üzərində işləyir. Amma hələ qarşıda 3 vacib oyun var.

- "Keşlə"nin bugünkü qələbə ilə iddiasını ortaya qoyduğunu demək olarmı?

- Çempionat başlayanda da hədəfimiz ilk 3-lüyə düşüb Avropada təmsil olunmaq idi. Qələbə vacib idi. Amma hələ sevinmirəm. May ayına çox var. Futboldur, hər şey ola bilər. Problemlərimiz var idi, onları aradan qaldırdıq. Yenə də üzərimizdə işləməliyik.

- Çempionluq uğrunda mübarizə aparmaq istəmirsiz?

- Yox, o, ağlımdan belə keçmir (gülür). Məni düzgün başa düşün. Əsas olan qələbələrimizi davam etdirmək və fasiləyə qədər mövqeyimizi qorumaqdır.

- Mövzunu dəyişək. Futzal millimiz DÇ-2022-nin elit-raundundakı rəqibləri bilindi. Yığma Rusiya, Xorvatiya və Slovakiya ilə C qrupunda mübarizə aparacaq. Şansları necə dəyərləndirirsiz?

- Ağır olacaq. Bu gün baş məşqçi ilə də görüşdüm. Bizim də istəyimiz var. İkinci dəfə Azərbaycanı dünya çempionatında təmsil etmək istəyirik.

- Belə bir fikir yaranıb ki, Zaur Axundov futbola gələndən sonra futzala əvvəlki kimi yanaşmır...

- Tamamilə yanlış fikirdir. Məndən soruşun, hər şeyi deyim. Futbola futzalla gəlmişəm. Bunu böyük futboldan heç də az istəmirəm. Həmişə qəlbimdədir.

Mir BAĞIR

Digər Xəbərlər
Xəbər Lenti