"Bəzən hakimlərin, bəzən öz səvlərimizdən xallar itirdik"

5 Oktyabr 2019 19:41 Şamaxı 389
"Bəzən hakimlərin, bəzən öz səvlərimizdən xallar itirdik"

"Sumqayıt"ın müdafiəçiisi Şəhriyar Əliyev Sportinfo.az-a müsahibə verib:

- "Keşlə" üzərində qələbə qazanmağınıza nə mane oldu?
- "Keşlə” neçə oyundur ki, qol buraxmır. Cari mövsüm cəmi üç qol buraxıblar. Qol vurmaq şanslarımız oldu, amma istifadə edə bilmədik. Azarkeşlərimizi sevindirmək istəyirdik. Rəqibin də qol vurmaq üçün şansları oldu. Futbolda bəzən belə də olur, qol vura bilmirsən. Bunun üzərində işləyəcəyik ki, lazımi anda epizodlardan istifadə edə bilək.

- Mövsümə yaxşı başlasanız da, sonradan eniş yaşandı. Bu durumdan çıxa bilmirsiniz. Problem nədədir?
- Bunu bəhanə üçün demirəm. Hakim səhvləri də oldu. Onları qınamıram, gəncdilər, bizim də səhvlərimiz olub. Bəzən hakim səhvlərindən, bəzən öz səhvlərimizdən xallar itirdik. Amma çalışırıq ki, vəziyyəti düzəldək. Oyun ərzində qol epizodlarımız çox olur, sadəcə istifadə edə bilmirik. Məşqlərdə bunun üzərində işləyirik. İnanıram ki, fasilədən yaxşı yararlanacağıq. "Səbail”lə oyuna qələbə üçün çıxacağıq.

- Demək istəyirsən ki, komandanın xal itirməsinin əsas səbəblərindən biri ön xətt oyunçularındadır?
- Qol vura bilmiriksə, bu hamımızın problemidir. Hər şeyi sırf hücumçuların üstünə atmaq olmaz.

- Ötən mövsüm dörd qol vurmuşdun, bu mövsüm isə qol hesabını aça bilməmisən. Qol vurmağına mane olan nədir?
- Hər oyunda qol vurmaq şansım olur, amma alınmır. İnşallah “Səbail”lə oyunda siftə edərəm.

- Milli komandaya dəvət aldın. Təəssüratların necədir?
- Millidə oynamaq şərəfdir. Orada olmaq hər futbolçuya qismət olmur. Millidə oynamaq adamı çox sevindirir. Sözlə ifadə etmək olmur. Şans da verilsə, millidə debüt edərəm.

- Yığmamızı Bəhreynə qarşı yoxlama, Macarıstana qarşı isə rəsmi oyun gözləyir. Bu oyunlar haqda hansı fikirdəsən?
- Səfərə gediriksə, yaxşı nəticələr üçün gedirik. Təlim-məşq toplanışına yığılacağıq və baş məşqçimiz öz göstərişlərini verəcək. Səfərdəki oyunlara vuruşmaq üçün gedirik.

Digər Xəbərlər
Xəbər Lenti