“Uşaqlar tələsirdilər - Cavandırlar, onlara vaxt lazımdır”

19 Avqust 2022 19:50 Şamaxı 589
“Uşaqlar tələsirdilər - Cavandırlar, onlara vaxt lazımdır”

“Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli Misli Premyer Liqasının 3-cü turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Sportinfo.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Azarkeşlərimizə belə atmosfer yaratdıqları üçün minnətdaram. Üçüncü matçdır ki, əzmkar oynayırıq. Nəhayət, ilk xalımızı qazandıq.

Cərimə meydançasına qədər yaxşı gedirdik. Təəssüf ki, son anda usaqlar tələsirdilər. Cavandırlar, onlara vaxt lazımdır”.

O, əvvəlki görüşlərlə müqayisədə bu dəfə stadiona nisbətən az tamaşaçı toplaşmasını iş günü olması ilə əlaqələndirib:

“Dünən fanatlar bizə uğurlar arzuladı, komandaya daha çox diqqət göstərdi və görüşün iş gününə düşdüyü üçün üzüldüklərini bildirdilər.

Nə biz, nə onlar bu duruma müdaxilə edə bilər. PFL belə qərar qəbul edib”.

Mütəxəssis ilk dəqiqələrdən irəli atılıb, rəqibin qapısına yol tapmaq istədiklərini bildirib:

“Təəssüf ki, əldə etdiyimiz şanslardan yararlana bilmədik. Hazırlığımız gec başlayıb. Bunun üçün zamana ehtiyac var. Oyundan-oyuna artıra-artıra istədiyimiz səviyyəyə çatacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti